BAŞ-BEYNİNİ YEMƏK

öz təsiri altına salmağa çalışmaq; ~ başını piyləmək (tovlamaq), başını bişirmək.

BAŞ-BEYNİNİ APARMAQ
BAŞ ÇƏKMƏK
OBASTAN VİKİ
Yemək
Qida və ya qida məhsulları — orqanizmin xaricdən qəbul etdiyi üzvi və qeyri-üzvi maddələr yığımı. Qidalar çox sadə kimyəvi maddələrdən mürəkkəb üzvi birləşmələrə qədər geniş miqyasda çeşidlilik göstərir. İnsanın hər gün yeyib-içdiyi qidalar çox müxtəlifdir. Onlar orqanizmi lazımi qədər zülallar, yağlar, karbohidratlar, mineral maddələr, vitaminlər və adi su ilə təmin etməlidir.. == Üzvi maddələr == === Zülallar === Ən çox zülal toyuq yumurtasının ağındadır. Lakin pendir və kəsmik də, xalis zülaldan ibarətdir. Zülal ətdə və balıqda da çoxdur. Bir parça xəmir götürüb, onu suda yuyun,əlinizdə rezinə oxşayan yapışqanlı bir şey qalacaq. Bu zülaldır. Alimlər zülalı protein (yun.
Kükü (yemək)
Kükü – İran və Azərbaycan mətbəxinə aid olan, yumurtadan hazırlanan yemək növü. == Yayılması == Səfəvilər və Qacarlar dövrünə aid kulinariya kitablarında kükünün adı çəkilir. Qacar sənədləri kükünü qəlyanaltı kimi təqdim etmişdir. İranda Yeni il və Novruz bayramı zamanı kükü bişirmək ənənəsi mövcuddur. İranda yaşayan ermənilər və gürcülər Pasxa bayramı zamanı kükü bişirirlər. == Hazırlanması == Tipik kükü inqredientlərin tavada yağla qızardılması ilə hazırlanır. Bu zaman tavanın üstü bağlı olmalıdır. Bişirmə də kükünün hazırlanma metodlarından biridir. Kükü adətən çörəklə servis edilsə də, İranın şimalında düyü ilə servis edilir. == Növləri == Kükünün bir çox çeşidi hazırlanır.
Külçə (yemək)
Külçə — un məmulatı. Azərbaycanın milli mətbəxindən. == Hazırlanması == Bunun üçün bizə 8 stəkan un, 4 ədəd yumurta, 3 stəkan süd, 8 stəkan şəkər tozu, 2 paket vanel lazımdır. Birinci şəkərlə yumurtanı qarışdırırıq. Sonra isə vaneli tökürük. Ən son olaraq unu və südü əlavə edirik. Acımağa qoyuruq. Acıdıqdan sonra xəmiri kiçik-kiçik kündələr halına gətiririk. Onları yuxa kimi yayırıq. Uyğun bir qab götürüb yaydığımız yuxanı tək-tək qabın içinə qoyuruq.
Naan (yemək)
Naan (farsca نان‎, hindce नान, urduca نان‎, kürdce nan, çin dilinde ise 馕) — buğdadan hazırlanmış əriştədir. Hindistan milli mətbəxinə məxsusdur. == Ümumi məlumat == Hindistanla yanaşı Əfqanıstan, İran, Nepal, Pakistan, Tacikistan, Özbekistan və digər Orta Asiya ölkələrində məşhur yeməkdir. Türk dilində (misal üçün qazax, qırğız, özbək, uyqur və s.) çörək “nan” adlanır. Esas erişteni buğda unundan hazırlanmış xemşr teşkilr edir. Ancaq zövqdən asılı olaraq lobya, tərəvəz, pendir və ya kartofda əlavə edilir. Naan sup, çay və ya müxtəlif sulu yeməklə yeyilir. == Etimologiyası == Naan sözü ingilis dilinə 1810-cu ilde Villiyam Tokko gətirib. Fars dilində “nan” çörək deməkdir. İllər ərzində Orta və Mərkəzi Asiyada nan sözü müxtəlif mənalar bildirmiş və sonda düz yeni lavaş çörək naan adlandırılmışdır.
Qarnıyarıq (yemək)
Qarnıyarıq-Sote edilmiş doğranmış soğan, sarımsaq, qara bibər, pomidor, istəyə bağlı yaşıl bibər, cəfəri və qiymə qarışığı ilə doldurulmuş badımcandan ibarət yemək.
Son yemək
Son yemək (son şam yeməyi, ingiliscə last meal) ölümə cəzası edilmiş şəxsin hökmün icrasına az qalmış aldığı xüsusi yeməkdir. Son yeməyin menyusu adətən məhkumun əmri ilə (məqbul hədlər daxilində) tərtib edilir. Ənənəvi olaraq, ölüm hökmü tətbiq edən əksər ABŞ ştatlarında son yemək hüququ məhkumlar üçün qorunur. İstisna Texas ştatıdır, burada sonuncu yemək 2011-ci ildə məhkum Lourens Rassel Breverin çox böyük sifariş verərək yeməyə belə toxunmamasından sonra ləğv edilib. Həmçinin Merilend ştatında məhkumlar üçün son yemək nəzərdə tutulmayıb, lakin 2013-cü ildə bu ştatda ölüm hökmü ləğv edilib. ABŞ-nin bir çox ştatlarında məhkumların həddindən artıq ekzotik istəklərinə əməl etmək zərurətindən qaçmaq üçün müəyyən məhdudiyyətlər var. 1990-cı illərin sonlarından etibarən əksər hallarda alkoqollu içkilər qadağan edilib. Floridada bütün ərzaq məhsulları yerli olaraq alınmalı və cəmi 40 dollardan çox olmamalıdır. Luiziana ştatında sifariş dəyəri 15 dollardan çox olmamalıdır. == Son yeməklərin nümunələri == Acmal Kasab: imtina etdi.
Yemək çubuqları
Yemək çubuqları ya Çapstiklər (ing. Chopsticks) — qısa quşburun bərabər uzunluqlu cüt istifadə olununan çubuqlardır ki Çin, Monqolustan, Yaponiya, Koreya, Vyetnamda və Laos, Tayland və Myanmanın şimal əyalətlərinə ənənəvi yemək alətləri kimi istifadə olunur. Ümumiyyətlə qədim Çində başlanğıcının qoyulması inanılır. Yemək çubuqları ən çox, ağac, bambuk və ya plastikdən hazırlanır, amma metal, sümük və fildişindən də hazırlanır. Yemək çubuqlarına Yaponca haşi (箸), Koreyaca jeotqarak (젓가락) və Çincə kuaizi (筷子) deyilir. == İstifadə texnikası == Yemək çubuqları əsas əldə baş barmağ ilə barmağlar arasında saxlanılır və qida parçaların qaldırmaq üçün istifadə olunur. Aşağı yemək çubuğu sabitdir və baş barmaq bazası və üzük barmağının üst qisimi aralarında yerləşdirilir, yuxarı yemək çubuğu isə baş barmaqın üst qisimində və orta və işarə barmaqlarında yerləşdirilir və qida qaldırmaq üçün hərəkət etdirilir. == İstinadlar == == Xarici keçidlər == A gallery of chopstick images Bring Your Own Chopsticks Movement Gains Traction in Asia Arxivləşdirilib 2007-03-07 at the Wayback Machine, article examining the link between chopsticks and deforestation How to use Chopsticks?
Baş gizir
Baş gizir — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə baş miçman rütbəsidir.
Baş hərf
Baş hərf — digər hərflərlə müqayisədə daha iri ölçüdə yazılan hərf. O digər qrafika ilə işlənir. Bir çox dillərdə baş hərflər cümlənin başlanğıcında, xüsusi isimlərdə və şeirlərdə hər sətirin əvvəlində yazılır. Bəzi hallarda xüsusi ayırmaq üçün hansısa söz və ya cümlə ancaq baş hərflə yazıla bilər.
Baş kəsmə
Boğazdan və ya boyundan hər hansısa bir soyuq alətlə, gilyotinlə, baltayla başın bədəndən qoparılaraq ayrılmasıdır. Bu cür hallarda 100% ölüm gerçəkləşər. Dünyada edam növü olaraq bu keçmişdə bəzi ölkələr tərəfindən istifadə edilmişdir. Amma sonradan yeni hüquq sisteminin yaranması və guya avropalıların insafa gəlməsi bunu edam növü olaraq tarix səhnəsindən çıxardı. Günümüzdə Səudiyyə Ərəbistanı bunu hələ də istifadə etməkdədir. Bəzi terrorçu qruplaşmalarda, bundan istifadə etməklə insanlar arasında çaşqınlığa və qorxuya yol açmaq istəyir.
Baş leytenant
Baş leytenant (fr. lieu tenant — müavin, lieu — yer və tenant — mövqe tutan) — Bir çox dövlətlərin silahlı qüvvələrinin kiçik zabit heyətində hərbi rütbə.
Baş matros
Baş matros — Xidməti öhdəliklərini nümunəvi yerinə yetirdiyinə və nümunəvi nizam-intizamına görə matroslara verilən hərbi rütbə. Baş matroslar manqa komandirləri icazəli olduqları zaman onları əvəz etmək hüququna malikdirlər.
Baş miqyas
== Baş miqyas == Baş miqyas-coğrafiya xəritələrində sıfır təhrifli xətt və nöqtələrin miqyasına deyilir. Xəritənin qalan hissələrində miqyaslar xüsusi miqyas adlanır. Dünya və yarımkürələr xəritəsində baş miqyas ekvator xəttinin miqyasıdır.
Baş miçman
Baş miçman — Bir sıra ölkələrin hərbi dəniz qüvvələrində miçmandan daha yüksək, kiçik leytenant kimi zabit rütbələrindən isə daha aşağı tutulan hərbi rütbə.
Baş müəllim
Müəllim (ərəb. معلم‎) — konkret fənn üzrə tədris prosesini keçirən səlahiyyətli şəxs, və ya məktəbdə hər hansı bir fəndən dərs deyən şəxs. == Müəllimin pedaqoji qabiliyyətləri == Təhsil prosesinin əsas siması müəllimdir.Müəllimin peşə qabiliyyətləri sırasında akademik, didaktik, ünsiyyət, konstruktiv, təşkilatçılıq və iradi-emosional qabiliyyətlər mühüm yer tutur. Akademik qabiliyyət — geniş və dərin biliyə malik olmaqda, elmin son nailiyyətlərini öyrənməkdə və şagirdlərə çatdırmaqda ifadə olunur. Didaktik qabiliyyət — bilikləri öyrətmə bacarığında, pedaqoji-metodik ustalığa yiyələnməkdə özünü göstərir. Ünsiyyət (kommunikativ) qabiliyyəti — uşaqlarla, öz həmkarları və valideynlərlə düzgün ünsiyyət yaratmaqda, demokratik ünsiyyət üslubunda, hər bir uşağa fərdi yanaşma bacarığında ifadə olunur. Konstruktiv qabiliyyət — özünün və uşaqların (kollektivin) fəaliyyətini düzgün planlaşdırmaqda, çətinlikləri əvvəlcədən duyub, onları aradan qaldırmağa hazır olmaqda ifadə olunur. İradi-emosional qabiliyyət — müəllimin özünü, hisslərini düzgün idarə etməkdə, mülayimlik və ciddiliyi uzlaşdırmaqda, səbirli olmaqda ifadə olunur. Pedaqoji qabiliyyətlər insana hazır verilmir; onları gündəlik fəaliyyətdə, gərgin əməklə qazanmaq olar. == Müəllimlik işinin xüsusiyyətləri == Müəllimlik işinin xüsusiyyətlərinə aşağıdakılar daxildir: a) müəllimlik şərəfli işdir; çünki o, öz həyatını xalqın gələcəyinə həsr edir; b) müəllimlik məsuliyyətli işdir; çünki o, ən qiymətli kapital olan insanla işləyir, bu işdə isə səhvə yol vermək olmaz; c) müəllimlik çətin və mürəkkəb işdir; çünki müəllimin fəaliyyət obyekti olan insan özü mürəkkəb və dəyişkən, pedaqoji proses isə çoxcəhətli və çətindir; ç) müəllimlik yaradıcı işdir; çünki o, hazır göstərişlərlə, reseptlərlə işləyə bilməz.
Baş pontifik
Baş pontifik (lat. Pontifeks Maksimus — "ən böyük körpü quran") Qədim Romada Pontifiklər Kollegiyasında (Collegium Pontificum) ən yüksək rahib rütbəsi. Bu rütbə Qədim Roma dinində ən mühüm mövqe olaraq qəbul edilirdi. Eramızdan əvvəl 254-cü ildə bu mövqeyə plebeylərin də gəlməyə başlamasına qədər, sadəcə patrisilər gəlirdi. Erkən Roma Respublikasında dini bir status ikən, yavaş-yavaş siyasi xarakter daşımağa başladı (İmperator Avqustun dövründən etibarən) və axırda imperial kabinetə birləşdirildi. Tarixi sənədlər bu titulla Roma imperatorlarından, 375-383-cü illər arasında hökm sürmüş ən son İmperator Gratsianın çağrıldığını göstərir. Daha sonra imperator öz adının yanından bu titulu yığışdırmışdır. "Pontifeks" sözü daha sonralar Xristiyan yepiskopları tərəfindən istifadə edilməyə başlandı (Roma Yepiskopu daxil) və "Pontifeks Maksimus" adı Roma Katolik Kilsəsində (baş yepiskop olan) Papanın tituluna tətbiq edilməyə başlandı. Bu titul Papanın rəsmi titullarından sayılmasa da, papaların Renesans və indiki dövrlərə aid binalarında, abidələrində və xırda pullarında öz əksini tapmaqdadır. == Etimologiya == Lüğət mənası olaraq, pontifeks "körpü quran" (pons + facere); maximus da "ən böyük" deməkdir.
Baş qala
Baş qala — Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu ərazisində arxeoloji abidə. == Haqqında == Üçbucaq formada tikilən qala hər tərəfdən müdafiə divarları ilə əhatə olunmuşdur. Tədqiqatçılar sahəsi 7020 m2 olan qalanı (e.ə. 7–6)-cı əsrlərə aid edirlər.
Baş qərargah
Baş qərargah; silahlı qüvvələrə nəzarət etmək və onları operativ şəkildə idarə etmək üçün yaradılmış ən ali hərbi təşkilati quruluşdur. Bəzi dövlətlərdə Baş Qərargah Nazirliyi mövcuddur.
Baş redaktor
Baş redaktor ― inzibati nöqteyi-nəzərdən nəşrlərin tərtibi və redaktəsi ilə məşğul olan vəzifəli şəxsədir. Redaktor təkcə müəllif hüquqları ilə qorunan materialları müəyyən bir media və ya kitab nəşriyyatının formatına uyğun formada gətirmək prosesi ilə məşğul deyil. Bu mütəxəssisin vəzifələri sırasında müəllif tapşırıqlarının bölüşdürülməsi, onların müəyyən müddət ərzində vaxtında və keyfiyyətli icrasına nəzarət etməkdir. Bundan əlavə, redaktorun vəzifəsi işlədiyi şirkəti populyarlaşdırmaqdır. Buna görə də bütün məlumatlar aktual, dəqiq, düzgün təqdim edilməli və tam şəkildə təqdim edilməlidir.
Baş serjant
Baş çavuş — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə birinci starşina rütbəsidir.
Baş starşina
Baş starşina — donanmada birinci dərəcəli starşinadan daha yüksək, baş gəmi starşinasından (18 noyabr 1971-ci ilə qədər miçmandan) isə daha aşağı tutulan hərbi rütbə.
Baş çavuş
Baş çavuş — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə birinci starşina rütbəsidir.
Baş Ştatlar
Baş Ştatlar - XIV - XVII əsrlərdə Fransada ali silki nümayəndələr orqanı. Baş Ştatlar 1302-ci ildə Fransa kralı IV Gözəl Filipp tərəfindən Roma papasına qarşı mübarizədə silklərin yardımını almaq məqsədi ilə yaradılmışdır. Bu, ruhanilərin, zadəganların və varlı şəhərlilərin nümayəndələrinin yığıncağı idi. Hər bir silkin nümayəndələri ayrıca iclas keçirirdilər və hər bir silkin bir səsi var idi. Ruhanilərin və zadəganların bir səsə qarşı iki səsləri var idi. Şəhər varlıları isə güzəştə getmək məcburiyyətində idilər. Silklər arasındakı fikir ayrılığı Baş Ştatların dövlət işlərinə təsirini zəiflədirdi. Bu dövrdən etibarən krallar hər dəfə vergi tətbiq etmək istəyəndə Baş Ştatları çağırırdılar. Lakin kral hakimiyyəti möhkəmləndikdən sonra 1614-cü ildən Baş Ştatları çağırmadılar. Yalnız 175 il keçdikdən sonra Baş Ştatlar 1789-cu ildə kral XVI Lüdovik tərəfindən çağırılmış və ona tabe olmadıqlarından özlərini Milli Məclis adlandırmışlar.
Baş Ələt
Baş Ələt — Bakı şəhəri Qaradağ rayonunda qəsəbə. Qəsəbə düzənlikdədir. Toponimin ikinci komponenti türk-monqol mənşəli oyrat tayfasının ələt qolunun adı ilə bağlıdır. Bu etnonim digər xalqların toponimiyasında da özünü göstərir. Ələtli (Ermənistan, Dağıstan), Ələt (Monqolustan), Alat (Volqaboyunda), Ələt (Özbəkistan) və s. Oykonim "birinci Ələt" deməkdir.
Baş əsgər
Baş əsgər — Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçulara verilən rütbədir. Belə ki, bu rütbələr MAXE hərbi qulluqçular və müddətli hərbi qulluqçulara verilir. Əsasən hərbi xidmətdə şücaəti, idarəçiliyi və fədakarlığı ilə yoldaşlarından seçilən hərbi qulluqçulara verilir. Bu rütbə ilə təltif olunmuş hərbi qulluqçular kiçik komandir heyəti kateqoriyasına aiddirlər.
автосце́пка агрометеорологи́ческий верезжа́ние папара́цци спознава́ть тошнотво́рно астроме́трия бич бо́жий копоше́ние чернёный брезг гоить мелик cousinly home study Loyalty Islands officiousness rolfing subpolar море отрезать перезаряжаться подвешивать предрассудок учреждение